Bu ilin yanvar ayında Azərbaycanda dövlət xətti ilə 36,5 mln. manat ipoteka krediti verilib.
FED.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8% çoxdur.
Son 1 ildə İpoteka və Kredit Zəmanət Fondunun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 11,8% artaraq 43,7 mln. manata çatıb. Fond ötən ilin ilk 2 ayında 35 mln. manatlıq istiqraz buraxsa da, bu il qiymətli kağızlar bazarından vəsait cəlb etməyib.