Banner

Bank

Dövlət xətti ilə 52,7 mln. manat - İPOTEKA KREDİTİ VERİLİB

Dövlət xətti ilə 52,7 mln. manat - İPOTEKA KREDİTİ VERİLİB | FED.az
11:04 6 May 2019

2019-cu ilin yanvar-mart aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) agent bankları tərəfindən 52,7 mln. manat məbləğində ipoteka krediti verilib ki, bu da 2018-ci ilin müvafiq dövrünün göstəricisindən 6,9% çoxdur. FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.

Eyni zamanda, mart ayında Fondun agent bankları tərəfindən 16,2 mln. manat məbləğində ipoteka krediti verilib.

Hesabat dövründə İKZF 70,9 mln. manat məbləğində krediti təkrar maliyyələşdirib (2018-ci ilin yanvar-mart ayları ilə müqayisədə artım 35,6% - İF).

Eləcə də bax: Azərbaycanın ən böyük bankları: Aktivlərinə görə bankların - REYTİNQİ

Yanvar-mart aylarında fond sosial ipotekanın maliyyələşdirilməsi üçün dövlət büdcəsindən vəsait almayıb.

Cari ilin birinci rübündə həmçinin Fond istiqrazların yerləşdirilməsindən 20 mln. manat cəlb edib.

2018-ci ildə fondun agent bankları tərəfindən 272,5 mln. manat məbləğində ipoteka krediti verilib.

Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb.

Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 150 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir. İlkin ödəniş 15-25% təşkil edir.

Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimum məbləği 100 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil. Müddəti 30 ilə qədərdir. İlkin ödəniş 10% təşkil edir.

Digər xəbərlər

Banner