Azərbaycanın elektrik enerjisi istehsalçısı «Azerenerji» yeni elektrik enerji güclərinin yaradılması üçün yerli bankdan 180 milyon dollar kredit alıb.
FED.az xəbər verir ki, bu barədə «S&P Global Ratings» reytinq agentliyinin «Azerenerji» ilə bağlı açıqlamasında bildirilir.
Açıqlamada deyilir ki, «Azerenerji» 2024-cü ilin sonunadək bir neçə enerji istehsalı qurğularını istismara verməyə hazırlaşır. O cümlədən bura ümumi gücü 80 Meqavatt olan 9 hidroelektrik stansiyası aiddir.
Bundan başqa, «Azerenerji» gücü 1280 Meqavatt olan yeni qaz turbini inşa etməkdədir. Qurğunun tikintisi plan üzrə davam edir və 2024-cü ilin sonuna təhvil veriləcək.
Bu layihələrin maliyyələşdirilməsi, ümumiyyətlə investisiya planını maliyyələşdirilməsi məqsədilə «Azerenerji» «Kapitalbank»dan 180 milyon dollar məbləğində kredit alıb. Kredit 6 il müddətinə ayrılıb.