Prezident İlham Əliyev “Sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminat verilməsi Qaydası”nı təsdiqyəlib. FED.az xəbər verir ki, Qaydalarda faiz subsidiyasının hansı hallarıda veriləcəyi də açıqlanıb.
Faiz subsidiyası illik faiz dərəcəsi 20%-dən çox olmayan kreditlər üçün verilir.
Faiz subsidiyası kreditin faiz dərəcəsinin azı 6 faiz bəndini borcalanın ödəməsi şərtilə aşağıdakı hədlərdə verilir:
- müddəti 3 (üç) il və ondan az olan kreditlər üçün – illik faiz dərəcəsinin 8 faiz bəndi miqdarında;
- müddəti 3 (üç) ildən artıq olan kreditlər üçün – illik faiz dərəcəsinin 10 faiz bəndi miqdarında.
Kreditlərin faiz dərəcələri müvafiq olaraq 14%-dən və 16%-dən aşağı olduqda, faiz subsidiyası kreditin faiz dərəcəsindən 6 faiz bəndi çıxılmaqla müəyyən edilir.
Müddəti 3 (üç) ildən artıq olan kreditlər üçün faiz subsidiyası maksimum 3 (üç) il müddətində verilir.
Kredit xətti istisna olmaqla, balansarxası öhdəliklərə faiz subsidiyası verilmir.
Faiz subsidiyası dövlətin maliyyə resursları hesabına verilən güzəştli kreditlərə şamil edilmir.