FED.az Banker.az-a istinadən ipoteka kreditləri hansı banklarda aktivdir və şərtləri barəsində araşdırmanı təqdim edir:
İpoteka kreditləşməsi üzrə müvəkkil kredit təşkilatları bu linkdə https://mcgf.az/menu/34 qeyd olunub. Ancaq hal-hazırda bəzi banklara ayrılmış limit bitib. Yalnız bir neçə bankda ipoteka krediti aktivdir.
Eləcə də bax: Azərbaycanda ən çox - İPOTEKA KREDİTİ VERƏN BANKLAR – SİYAHI
İndi isə banklarımızın İpoteka kreditlərinin şərtlərini təqdim edirik.
İKZF hesabına verilən ipoteka krediti hansı banklarda aktivdir? | ||||
Adi ipoteka kreditləri | ||||
Banklar | Maks məbləğ | İlkin ödəniş faizi | Müddət | İllik faiz dərəcəsi |
Accessbank | – | – | – | – |
AFB bank | – | – | – | – |
AGBank | 150 000 AZN | 30% | 25 il | 8% |
Amrahbank | – | – | – | – |
AtaBank | – | – | – | – |
Azərbaycan Beynəlxalq Bankı | – | – | – | – |
Azərbaycan Sənaye Bankı | – | – | – | – |
Azər-Türk bank | – | – | – | – |
Bank Avrasiya | – | – | – | – |
Bank of Baku | – | – | – | – |
Bank BTB | – | – | – | – |
Bank Respublika | – | – | – | – |
Premium bank | – | – | – | – |
Bank VTB | – | – | – | – |
Expressbank | – | – | – | – |
Günaybank | – | – | – | – |
Xalqbank | 150 000 AZN | 30% | 25 il | 7% |
Kapital bank | 150 000 AZN | 20%-30% | 25 il | 7%-8% |
Melli İran Bankı Bakı filialı | – | – | – | – |
Muğanbank | – | – | – | – |
Naxçıvanbank | – | – | – | – |
NBCBank | 150 000 AZN | 20% | 25 il | 7% |
Yelo bank | – | – | – | – |
Paşa bank | 150 000 AZN | 30% | 25 il | 7%-8% |
Rabitəbank | – | – | – | – |
Turanbank | – | – | – | – |
Unibank | – | – | – | – |
Yapı Kredi Bank | – | – | – | – |
Ziraat Bank | – | – | – | – |
Kapital Bank – Adi ipoteka krediti üçün maksimal məbləğ 150 000 AZN, maksimal illik faiz dərəcəsi 8%, maksimal müddət 25 il, ilkin ödəniş təzə bazar üzrə 20%– dən başlayaraq təkrar bazar üzrə 30% nəzərdə tutulub.
Xalqbank – müraciət etmək üçün http://e-gov.az saytı vasitəsilə qeydiyyatdan keçib növbəyə durmaq lazımdır.Növbə çatanda yaratdığınız şəxsi kabinetə bildiriş daxil olacaq. Adi ipoteka illik 7%-lə 25 ilədək ayrılır. İlkin ödəniş isə 30%-dir. Adi ipoteka üçün 150000 AZN nəzərdə tutulub.
Nbcbank – Hal-hazırda yalnız Melissa Park və Bakı Mexanikləşdirmə şirkətlərindən bankımız vasitəsi ilə ipoteka ilə ev ala bilərsiniz. Köhnə binalara limit aktiv deyil. İllik 7 %, ilkin ödəniş 20 % təşkil edir. Maksimal məbləğ 150 000 manat, maksimal müddət isə 25 ildir. Tələb olunan sənədlərə şəxsiyyət vəsiqənizin notarial qaydada təsdiqi, ( Ailəlisinizsə : həyat yoldaşınızın şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiqi , nigah haqqında şəhadətnamənizin notarial qaydada təsdiqi, övladınız varsa şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiqi) , subaysınızsa subaylıq haqqında arayış, Asan xidmətdən ailə tərkibi haqqında arayış, iş yerindən arayış,son 1 illik maaş haqqında bankdan çıxarış, əmək müqaviləsi və ya əmək kitabçanızın notarial qaydada təsdiqi daxildir.
Ağbank – Verilən ipoteka kreditlərinin şərtləri belədir: 1. İlkin ödəniş üçün tələb olunan məbləğ (Mənzilin Bazar dəyərindən minimum 30% borclanın tərəfindən ödənilməlidi) 2. Bina 1971ci il və daha sonra tikilməlidir 3. Kupça mütləq şəkildə olmalıdır 4. Əmlak qohumlardan alına bilməz 5. Siğorta mütləq şəkildə ödənilməlidir 6. Etibarnamə vasitəsilə digər şəxsin adına verilmir 7. Kredit üzrə faiz dərəcəsi – illik 8%. (Güzəştsiz) 8. Kreditin maksimal məbləği – 150 000 AZN (Güzəştsiz) 9. 3 ildən 25 ilədək. (Güzəştsiz)
Pasha Bank – Hazırda PAŞA Bank ASC tərəfindən Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun (AİKZF) vəsaiti hesabına verilən İpoteka ilə bağlı qeydiyyat aşağıda qeyd olunmuş qaydada həyata keçirilir :1 ASAN Xidmətə yaxınlaşaraq Asan İmza əldə edirsiniz; 2. www.e-gov.az saytına daxil olaraq, “Elektron İpoteka sistemi” seçib, ASAN imza ilə sistemə daxil olursunuz; 3 Bank seçimini edirsiniz; 4 Qeydiyyatdan keçdikdə daxil etdiyiniz email ünvana tələb olunan sənədlərlənin siyahısı və növbə haqqında məlumat göndərilir. İş stajı: minimum 3 ay. Lakin müştəri əvvəlki 12 təqvim ayı ərzində əmək müqaviləsi üzrə fasiləsiz işləmiş olmalıdır. Adi İpoteka krediti – 150 000 AZN, müddət – 300 ay, faiz dərəcəsi: PAŞA Şirkətlər Qrupunun işçiləri uçün – 7%, PAŞA Şirkətlər Qrupunun işçiləri olmayan, PAŞA Bank əmək haqqı kart sahibləri və başqa müştərilər üçün – 8%, İlkin ödəniş: PAŞA Şirkətlər Qrupunun işçiləri uçün – minimum 20%, PAŞA Şirkətlər Qrupunun işçiləri olmayan, PAŞA Bank əmək haqqı kart sahibləri və başqa müştərilər üçün – minimum 30%-dir.