Dövlət bankı olan Azər-Türk Bankın 1 aprel 2018-ci il tarixinə aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 15% artaraq 312,3 milyon manata çatıb. FED.az xəbər verir ki, bankın kredit portfelinin həcmi 116,9 milyon manat təşkil edib.
Bankın cəmi gəlirləri 15,5 milyon manat , xərcləri 15,3 milyon manat olub. Birinci rübdə Bank 192 min manat məbləğində xalis mənfəət əldə edib.
Məcmu kapitalın həcmi 53,7 milyon manat olub. Qeyd edək ki, məcmu kapitalın adekvatlıq əmsalı 28,5 % təşkil edir ki, bu da müəyyən edilmiş normadan üç dəfəyə yaxın çoxdur.
Hesabat dövrünün sonuna Bankın likvidlik əmsalı 106% səviyyəsində olub. Xatırladaq ki, bu göstərici üzrə norma 30% səviyyəsində müəyyən edilib.
Bank 161,8 milyon manat həcmində depozit cəlb etmişdir ki, bunun da 77,2 milyon manatı əhalinin ilin əvvəlindən bəri həcmi 2,6 faiz artmış əmanətləridir.
Hazırda dövriyyədə Banka məxsus 39 200-dən artıq aktiv plastik kart vardır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 20 faiz çoxdur.
Cari ilin ilk üç ayı ərzində Bankın müştərilərinin sayı 16% artaraq 28 594 nəfərə çatıb.
1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.
Dövlət bankından mənfəət açıqlaması
17:40
20 Aprel 2018