“Azər Türk Bank”ın müştərilərinə nə qədər kredit veridiy məlum olub.
FED.az xəbər verir ki, “Azər Türk Bank”ın bu il müştərilərinə verdiyi kreditlərin məbləği 172 milyon 699 min manat təşkil edib. Bu göstərici 2018-ci ilin sonu ilə müqayisədə 2 milyon 700 min manat və ya 1,53% azdır.
Eləcə də bax:“Azər Türk Bank” maliyyə vəziyyətini - AÇIQLADI
Ban kötən ili yekunu ilə müqayisədə bu ilin yanvar-sentyabr aylarında istehlak kreditlərini azaldıb. Belə ki, ötən ilin sonuna olan məlumata görə, bank 77 milyon 086 min manat kredit verib. Bu ilin 9 ayında isə bank istehlak kreditlərini 24 milyon 022 min manat və ya 31,16% azaldıb. Nəticədə bu il “Azər Türk Bank” müştərilərinə 53 milyon 064 min manat kredit verib.
Eləcə də bax:Qazanan və zərər edən banklar - MƏLUM OLDU - SİYAHI
İstehlak kreditlərindən fərqli olaraq “Azər Türk Bank” biznes və daşınmaz əmlak kreditlərinin məbləğini artırıb.
Belə ki, ötən ilin 12 ayının sonunda biznes sahəsinə 40 milyon 988 min manat kredit verən bank, bu ilin 9 ayında bu rəqəmi 16 milyon 291 min manat və ya 39,74% artıraraq 57 milyon 279 min manata çatdırıb.
Həmçinin bank daşınmaz əmlaka da krediti artırıb. Belə ki, 2018-ci ilin yekunu ilə müqayisədə bu il bank daşınmaz əmlak sektoruna 5 milyon 031 min manat və ya 8,77% daha çox kredit verib. Nəticədə də bu sektora 62 milyon 356 min manat kredit verilib.
Xatırladaq ki, “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.