“Azər-Türk Bank” 2019-cu ilin 1-ci yarısını 774 min manat xalis mənfəət ilə başa vurub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur.
FED.az xəbər verir ki, bankın aktivləri 7.3 % artaraq 336 milyon 9 min manat təşkil edib. Hesabat dövründə “Azər-Türk Bank”ın öhdəlikləri 8,8% artaraq 281 mln 908 min manat olub.
“Azər-Türk Bank”ın depozit portfeli 21,8% artaraq 179 mln 554 min manat, balans kapitalı isə 0,9% azalaraq 54 mln 101 min manat təşkil edib.
Bank müştərilər verdiyi krediti 19.4% artıraraq 159 milyon 10 min manata çatdırıb.
Bankın məcmu kapitalın həcmi 51 mln 9 min manat olub. Qeyd edək ki, məcmu kapitalın adekvatlığı 34%, leverec əmsalı 14% təşkil edir ki, bu da müəyyən edilmiş normadan yüksəkdir.
Cəmi bank öhdəliklərinin həcmi 281,9 milyon manat təşkil etmişdir.
Dövlət bankı 2 dəfədən çox mənfəət - AÇIQLADI
15:04
26 İyul 2019