Əmanətlərin Sığortalanması Fondu (ADİF) tərəfindən 28 sentyabr 2016-cı il tarixdə “Parabank” ASC-nin qorunan əmanətçilərinə 32 mln. 570 min manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 49 mln. 4 min manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 17 mln. 181 min manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 2 mln. 772 min manatdan artıq kompensasiya ödənilib. 4 bank üzrə ümumilikdə 101 mln. 527 min manatdan artıq kompensasiya ödənilib.
Fonddan verilən məlumata görə, 28 sentyabr 2016-cı il tarixdə “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 13 mln. 282 min manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 mln. 699 min manatdan artıq kompensasiya ödənilib. 2 bank üzrə ümumilikdə 14 mln. 981 min manatdan artıq kompensasiya ödənilib.
28 sentyabr 2016-cı il tarixdə “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 mln. 91 min, “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 925 min 721 manat, “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 119 mln. 878 min manatdan artıq kompensasiya ödənilib. 3 bank üzrə ümumilikdə 144 mln. 894 min manatdan artıq kompensasiya ödənilib.
Ümumilikdə Fond tərəfindən 9 bank üzrə 261 mln. 402 min manatdan artıq kompensasiya ödənilib.