Maliyyə Bazarlarına Nəzarət Palatası “Banklarda kredit risklərinin idarə edilməsi Qaydaları”nı təsdiq edib.
FED.az-ın məlumatına görə, bu Qaydalar banklarda kredit risklərinin idarə edilməsinə dair minimum tələbləri müəyyən edir.
ELƏCƏ DƏ BAX: “Bank Standard”da pulu olanlar yenidən - TOPLAŞIR
Banklarda kredit risklərinin idarə edilməsi bankın risklərin idarə edilməsi sisteminin tərkib hissəsidir.
Borcalan üzrə kredit risklərinin qiymətləndirilməsi üçün borcalanın ödəmə qabiliyyəti qiymətləndirilir. Bu zaman ən azı aşağıdakılar nəzərə alınır:
istehlak kreditləri üzrə:
- borcalanın borcun gəlirlərə nisbəti əmsalı;
- borcalanın yaşı və iş təcrübəsi;
- kreditin məqsədi və onun ödənilməsi mənbəyi;
- borcalanın kredit tarixçəsi;
- kreditin təminata olan nisbəti əmsalı (kredit üzrə təminat olduqda);
- borcalanın əsas gəlirlərinin azalması halında borcun ödənilməsinin alternativ yolları;
- borcalanın xərclərinin səviyyəsi, habelə kreditin ödəmə müddətində borcalanın xərclərinin artması və ya azalması ehtimalları;
- borcalanın təminat qismində təqdim etmədiyi əmanətləri və digər aktivləri;
Digər kredit tələbləri (iri və orta sahibkarlara verilən biznes krediti, qarantiya, akkreditiv və s.) ilə bağlı bu Qaydalarda qeyd olunan meyarlar ilə yanaşı aşağıdakılar nəzərə alınır:
- borcalanın müxtəlif ssenarilərdə pul axınlarının pisləşməsi halında borc öhdəliyinin ödənilməsi yolları;
- borcalanın səhmdarları (payçıları) və idarəetmə orqanının üzvləri barədə məlumatlar;
- borcalanın biznes təcrübəsi və onun fəaliyyət göstərdiyi sektorda mövqeyi;
- borcalanın maliyyə vəziyyəti (borcalan holdinq şirkəti və ya onun tərkibində şirkət olduqda, konsolidasiya olunmuş əsasda baxılır).
Kiçik sahibkarlara verilən biznes kreditləriilə əlaqədar həm də ən azı bir illik dövriyyəsi və maliyyə hesabatları nəzərə alınır.
Xarici valyutada verilmiş kredit tələbləri üzrə borcalanın məzənnə riskinə qarşı həssalığı da qiymətləndirilir. Bu zaman aşağıdakılar nəzərə alınır:
- borcalanın xarici valyutada olan pul axınlarına;
- borcalanın istifadə etdiyi valyuta məzənnəsinin hedcinq alətləri, habelə onların etibarlılıq müddəti;
- xarici valyutanın milli valyuta qarşısında dəyər qazanması halında borcalanın artmış kredit öhdəliyini ödəmə qabiliyyəti;
- borcalanın valyuta mövqeyi (borcalanın xarici valyutada olan tələb və öhdəlikləri arasındakı fərq).
Xarici ölkədə yerləşən borcalana qarşı kredit tələbinin yaranması zamanı ən azı aşağıdakılar da nəzərə alınır:
- borcalanın ölkəsindəki iqtisadi və siyasi amillərin onun ödəmə qabiliyyətinə təsiri;
- borcalanın ölkəsində kredit müqaviləsi üzrə öhdəliklərinin icrasında və təminatının realizasiyasında yarana biləcək risklər.
Kredit tələbləri (istehlak və daşınmaz əmlak kreditləri istisna olmaqla) və ya investisiya fəaliyyəti ilə bağlı olaraq kredit risklərinin qiymətləndirilməsi zamanı borcalanın və ya emitentin maliyyə hesabatlarına (olduqda, auditor rəyi ilə birlikdə kənar auditor yoxlamasından keçmiş maliyyə hesabatları), vergi orqanlarına təqdim etdiyi hesabatlara, habelə borcalanın və ya emitentin biznes planına (yeni biznes növü və ya sahəsi yaradıldıqda) baxılır. Borcalanın maliyyə hesabatları kredit üzrə sifarişin təqdim edilməsi tarixindən ən azı son 2 illik dövrü (borcalanın fəaliyyətə başladığı müddət 2 ildən az olduqda, fəaliyyət göstərdiyi dövrü) əhatə edir. Kredit tələbinin yaranması zamanı borcalanın bir borcalana və bir-biri ilə əlaqədar borcalanlar qrupuna, habelə banka aidiyyəti olan şəxslərə aid olması yoxlanılır.
Borcalanın ödəmə qabiliyyəti kredit tələbinin təminatlı və ya təminatsız olmasından asılı olmayaraq, bütün hallarda qiymətləndirilir. Borcalanın depozit hesabındakı milli və ya sərbəst dönərli xarici valyutada pul vəsaitləri kredit tələbinin təminatı qismində çıxış etdikdə və kredit tələbinə bərabər hissədə bank tərəfindən bloklaşdırıldıqda və müqaviləyə görə bankın bu vəsaitin hesab sahibinin sərəncamı olmadan hesabdan silinməsinə hüququ olduqda borcalanın ödəmə qabiliyyətinin qiymətləndirilməsi tələb olunmur. Bank sindikativ və birgə kreditlərin verilməsində iştirakçı bank qismində çıxış etdikdə üzərinə götürdüyü riskin adekvat qiymətləndirilməsində təşkilatçı bankın və ya digər iştirakçı bankların birgə qiymətləndirməsinə deyil, kredit sifarişinin tam həcmdə özü tərəfindən aparılan hərtərəfli təhlilinə əsaslanır. Borcalanın ödəmə qabiliyyətinin informasiya sistemləri vasitəsilə avtomatlaşdırılmış qaydada qiymətləndirilməsi bankın kredit risklərinin idarə edilməsi siyasətində müəyyən edilmiş kreditlər üzrə bu Qaydaların tələbləri nəzərə alınmaqla aparılır.
Bankda kredit risklərinin qiymətləndirilməsi funksiyasını həyata keçirən struktur bölmə bankın kreditlərin verilməsi funksiyasını həyata keçirən struktur bölmədən ayrı olmalıdır.
Dollar və manat kreditləri ilə bağlı - YENİ QAYDALAR
19:59
14 Fev 2019