Unibank bu ilin birinci rübünü 3 milyon 532 min manat xalis əməliyyat mənfəəti ilə yekunlaşdırıb. FED.az xəbər verir ki, bankın faiz gəlirləri 11 milyon 187 min manat təşkil edib. Bunun 5 milyon 176 min manatı yenidən faizlər üzrə xərclərə yönəldilib. Nəticədə bank birinci rübdə 6 milyon manat faiz mənfəəti əldə edib.
Valyuta mübadiləsində aktiv olmayan Unibankın qeyri-faiz gəlirləri 4 milyon 149 min manat təşkil edib. Qeyri-faiz xərcləri isə 13 milyon manatdan yuxarı olub. Bank dar gün üçün ehtiyatlara 8 milyon manat vəsait ayırıb. Beləliklə, vergilər ödənildikdən sonra bankın mənfəəti 4 milyon 739 min manat təşkil edib.
Hazırda bankın cəmi aktivləri 580 milyon manat, cəmi öhdəlikləri 513 milyon manat təşkil edir.
Unibank 71 milyon manat məcmu kapitala malikdir, nizamnamə kapitalı isə 42 milyon 940 manat təşkil edir.
Mənfəət və zərər haqqında hesabat |
İlin əvvəlindən |
|
|
(min AZN-lə) |
|
|
1. Rüb - 2018 |
|
|
|
|
Faiz və gəlirlərin bu qəbildən olan növləri |
11 187 |
|
Faizlər və onlara bağlı xərclər |
(5 176) |
|
|
|
|
Xalis faiz mənfəəti |
6 011 |
|
|
|
|
Qeyri-faiz gəlirləri |
4 149 |
|
Qeyri-faiz xərcləri |
(13 692) |
|
|
|
|
Xalis əməliyyat mənfəəti |
(3 532) |
|
|
|
|
Ehtiyatlar üzrə ayırmalar |
8 271 |
|
|
|
|
Vergilər ödənildikdən sonra mənfəət / (zərər) |
4 739 |
|
|
|
|
|
|
|