Cümə günü Asiya sessiyasında ABŞ və Çin arasındakı ticarət müharibəsinin kəskinləşməsi nəticəsində dollar Türk Lirəsinə qarşı kəskin güclənib.
FED.az xəbər verir ki, ABŞ və Çin arasındakı tariflərin qarşılıqlı artması, Yapon yeninə tələbi artırıb. Bu tələb nəticəsində də Türk Lirəsi Yapon yeninə qarşı 12 faiz dəyər itirib. Bu kəskin azalma nəticəsində yapon investorları bu il ikinci dəfə Türk Lirəsi mövqelərini boşaltmaq məcburiyyətində qalıblar.
Türk Lirəsi Asiya seansına zəif başlayıb və bunun nəticəsi olaraq Yaponiyanın foreks şirkətlərinin müştərilərinin Tokio saatı ilə səhər 07:20-də əməliyyatları dayabdırıb lar ki, bundan sonra lirə daha da sürətlə ucuzlaşıb.
Bu itkilər, yaponiyalı investorlar üçün yenilik olmayıb. Yanvar ayında, Yapon yeninin Asiya seansında "Bloomberg" tərəfindən təqib edilən bütün pullar qarşısında ani bir yüksəliş göstərdiyi zaman da bu şəkildə sərt bir enişə məruz qalmışdı.
Dollar/TL məzənnəsi Asiya seansı əvvəlində qısa bir müddətə 6.3953 səviyyəsinə qədər qalxdıqdan sonra 5.80 səviyyəsinin üzərində tarazlıq tapmağa çalışır.