Problemli kreditlər üzrə ödənişlərə start veriləndən sonra belə ödəniş alacaq şəxslərin 72%-i faizi pullarını alıblar. FED.az xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının idarə rəisi Orxan İsmayılov bildirib.
Onun sözlərinə görə, prezidentin problmli kreditlərin tənzimlənməsi haqqında fərmanı ilə 602 347 nəfər ödəniş alacaqdı, ödənişlərin verilməsindən indiyədək bu şəxslərdən 432 677 nəfər, yəni onların 72%-i ödəniş alıb və ya banklar qarşısında problemli krediti bağlanılıb.
Eləcə də bax: Vətəndaşlara kreditlər vahid müqavilə ilə veriləcək - PALATA AÇIQLADI