Azərbaycan banklarından bir neçəsinin bankomatlarında dolların (USD) nağdlaşdırması mümkün deyil. FED.az xəbər verir ki, problemin həllini banklar müştrilərin yalnız filiallara gəlməsində və burada nağdlaşdırma aparmaqda görürlər.
FED.az monitorinq qrupunun apardığı araşdırmaya görə, AFB Bank-ın bankomatlarından dollar (USD) çıxartmaq mümkün deyil. Bunun üçün müştəri mütləq filiala getməlidir.
AG Bankda eyni problem yaşanır. Hesabında dollar olan müştərilər həmin pulu yalnız manata konvertasiya edərək götürə bilərlər.
Beynəlxalq Bank kimi ölkənin ən böyük filial şəbəkəsinə malik bankda isə yalnız bir bankomatdan dollarla nağdlaşlaşdırma mövcuddur. Bunun üçün müştəri yalnız bankın Baş ofisinə gələrək burada quraşdırılan bankomatdan istifadə edə bilər.
Bank of Baku-nun müştəriləri də yalnız Baş ofisdə və digər 2 filialda (Sahil filialı/Neftçilər filialı) bankomatlardan dollar əldə edə bilərlər.
Günay Bankın bankomatlarında dollarla nağdlaşdırma mövcud deyil.
Kapital Bank-ın da eynilə yalnız Baş ofisin bankomatlarında dollarla nağdlaşdırma mövcuddur.
Yapı Kredi Bankın 2 filalında (Səbail filialı/Hilton filialı) bankomatlardan dollar
əldə etmək mümkündür.
Digər banklar isə sorğumuza cavab olaraq bütün bankomatlarından dollar (USD) çıxartmağın mümkün olduğunu bildirdilər.
Bu banklar aşağıdakılardır:
Access Bank ,Amrah Bank, Atabank, Sənayə Bankı, Bank Avrasiya, BTB Bank, Bank Respublika,
VTB Bank, Express Bank, Xalq Bank, Muğan Bank, NBC Bank, Nikoil Bank, Paşa Bank, Rabitəbank,
Turan Bank, Unibank.
"Dollar istəyən yalnız Baş Ofisə gəlsin" – BANKLARIN SİYAHISI
12:50
3 Aprel 2018