Dolların mühüm valyutalar qarşısında dəyərini ölçən Bloomberg Dollar Spot İndeksi (BBDXY), FED-in iyun ayı toplantısında 2019-cu il üçün faiz endirimi siqnalı verməsinin ardından düşüb.
FED.az xəbər verir ki, FED 2019-cu ildə faiz endirə biləcəyinin siqnalını verib. Nöqtəli qrafikə görə,17 FED üzvündən 8-i 2019-cu il üçün daha aşağı faiz proqnozu verib. Dünən faizi dəyişməyən bank, 2.25 - 2.50% aralığında sabit saxlayıb. FED-in qərar mətnindən pul siyasəti üçün "səbrli" mövqe ifadəsi çıxarılıb.
FED-dən sonra 0.5%-ə qədər düşən indeks 1193 bəndi görüb.
Avro/dollar məzənnəsi 0.4 faiz yüksələrək 1.1268 səviyyəsindən əməliyyat olunub (Dollar ucuzlaşıb, Avro bahalaşıb).
Fed-in qərarından sonra qızıl bahalaşıb. Qızılın unsiyasının qiyməti 1.4% qalxaraq 1379 dollara çatıb.
Həmçinin neft bahalaşıb. Brent nertinin qiyməti 1,3% yüksələrək 62,65 dollara qalxıb.