Banklar tərəfindən üzəri möhürlü dollar qəbul edilmir.
Qanunsuz yolla ölkəyə gətirilməyə cəhd olunan valyutanın həcmi açıqlanıb
FED.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşım edilib. Bildirilir ki, bankların filiallarındakı əməkdaşlar üzərində möhür olan əsginası qəbul etməyərək müştərini mərkəzi filiala yönləndirirlər. Mərkəzi filialda isə hər 100 dollar üçün 20% komissiya tutulacağı deyilir.
Bu məsələ ilə bağlı bir neçə bankla əlaqə saxladıq və fakt öz təsdiqini tapdı.
İqtisadçılar isə bildirirlər ki, yararsız hesab olunan əsginasların qəbul edilməməsi kommersiya banklarının öz səlahiyyətləri daxilindədir. Qismən zədələnmiş, amma yararlı hesab edilən və Mərkəzi Bank tərəfindən qəbul edilməyə uyğun əsginaslar kommersiya bankları tərəfindən qəbul edilir və Mərkəzi Bankda yenilənir.
İqtisadçı Rəşad Həsənov bildirir ki, banklar artıq tədavülünə icazə verilməyən, məsələn, üstünə hansısa möhür vurulmuş və ya zədələnmiş əsginasları toplamalı, öz vəsaitləri hesabına ABŞ-yə çatdırmalı və yenilənməsini təmin etməlidilər. Amma bu isə uzunmüddətli prosesdir, pulun daşınması da kifayət qədər xərc tələb edir
İqtisadçı bildirib ki, bu prosesdə Mərkəzi Bank heç bir məsuliyyət daşımır və eyni zamanda valyutaların yenilənməsi ilə bağlı hansısa mexanizm tətbiq etmir.











