Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasına digər banklar tərəfindən birləşmə barədə müraciət daxil olmayıb.
FED.az xəbər verir ki, Trend-in məlumatına görə, bunu Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası idarə heyətinin üzvü İmran Məmmədov deyib.
Qeyd edək ki, aprelin 19-da "Caspian Development Bank” və “Atabank”ın birləşməsi barədə qərar qəbul edilib.
Azərbaycanın bank sektorunda hazırda 32 bank fəaliyyət göstərir.




 
                            
                            
                        

 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








