“Şənbə, bazar və bayram günləri banklar işləmir. Başa düşürük ki, istirahət günləridir. Bəs insanlar neynəsin?! Turistlərin sayı ölkəmizdə durmadan artır”.
Azərbaycanda bank işçilərinin sayı - 2 MİN NƏFƏRƏ YAXIN ARTIB
FED.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Rüfət Quliyev parlamentin noyabrın 29-da keçirilən plenar iclasında çıxışı zamanı deyib.
O qeyd edib ki, artıq turizm sahəsində böyük addımlar atılır.
“Yəqin ki, bu gün-sabah quru sərhədlər də açılacaq və turistlər gələcək. Xahiş edirəm ki, qadağalara bir də baxılsın. Valyuta ilə olan istənilən məsələ bankla əlaqəlidir. İcazə olsun ki, onların sayı artsın”. (Report)