“Azərbaycanda mövcud olan banklar dövlətin qanunu ilə yaranıb və fəaliyyət göstərir. Hər kəs bilir ki, banklar vətəndaşlarla dövlət arasında uçurum, sosial gərginlik yaradan və siyasi hakimiyyəti təhdid edən ünsür halına gəlib”.
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2019-cu il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deputat Musa Qasımlı deyib.
O qeyd edib ki, hökumət bu sahədə qəti tədbirlər görməlidir: “Bir çox özəl bankların özbaşınalıq etmələrinə şərait yaratmaq olmaz. Bunun çox ağır nəticələri ola bilər”.
marja.az
Deputat: “Banklar hakimiyyəti təhdid edən ünsür halına gəlib”
18:16
13 Noy 2018