Bu il yanvarın 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 4-nün depozit portfeli 1 milyard manatdan çoxdur.
Bunlar "Azərbaycan Beynəlxalq Bankı" (5 155,461 milyon manat), "PAŞA Bank" (2 821,982 milyon manat), "Kapital Bank" (2 361,975 milyon manat) və "Xalq Bank"dır (1 170,910 milyon manat).
Qalan 26 bankdan 17-nin depozit portfeli 100 milyon manatdan 1 milyard manata qədər, 7 bankın depozit portfeli 10-100 milyon manat arasında, 2 bankın depozit portfeli isə 10 milyon manatdan azdır. Bunlar Pakistan Milli Bankının Bakı filialı (1,184 milyon manat) və İran Milli Bankının Bakı filialıdır (2,662 milyon manat).