Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-nün bu il yanvarın 1-nə depozit portfeli 1 milyard manatdan çox olub.
FED.az xəbər verir ki, bunlar “Azərbaycan Beynəlxalq Bankı” (5 milyard 549 milyon 577 min manat), “PAŞA Bank” (4 milyard 14 milyon 761 min manat), “Kapital Bank” (3 milyard 805 milyon 619 min manat) və “Xalq Bank”dır (1 milyard 590 milyon 492 min manat).
Qalan 22 bankdan 5-də depozit portfeli 500 milyon manatdan 1 milyard manata qədər, 12 bankda 100-500 milyon manat arasında, 4 bankda 10-100 milyon manat arasında, 1 bankda isə 10 milyon manatdan azdır.
15 bankın depozit portfeli azalıb
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 11-nün bu il yanvarın 1-nə depozit portfeli illik müqayisədə çox olub.
Bunlar Pakistan Milli Bankının Bakı filialı, “Zıraat Bank Azərbaycan”, “Naxçıvan Bank”, “Bank VTB Azərbaycan”, “Turan Bank”, “Kapital Bank”, “Günay Bank”, “PAŞA Bank”, “Rabitəbank”, “Bank of Baku” və “Bank BTB”dir.
Ən yüksək dinamika Pakistan bankında (7,2 dəfə), ən aşağı dinamika isə “Bank BTB”də (4,5%) qeydə alınıb.
Qalan 15 bankın isə depozit portfeli azalıb. Ən çox azalma “AFB Bank”da (70,9%), ən az azalma isə “Azər-Türk Bank”da (0,2%) qeydə alınıb.(marja)