Mərkəzi Bank depozit hərracının nəticəsini açıqladı.
Eləcə də bax:Manat kreditlərinin faiz dərəcəsi azalmayıb – MƏRKƏZİ BANK AÇIQLADI
FED.az xəbər verir ki, Mərkəzi Bankın açıqladığı məlumatda qeyd olunur ki, 08.01.2020-ci il tarixində Mərkəzi Bank tərəfindən 28 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş depozit hərracında tələb 678,9 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 5,76% təşkil edib.
Mərkəzi Bank 150 milyon manat cəlb edəcəyini açıqlamışdı. Qeyd edilən məbləğ də cəlb edilib.