Mərkəzi Bank vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələrini açıqlayıb.
Bankdan FED.az-a bildirilib ki, avqustun 14-də Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 682,2 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,26 faiz təşkil edib.