Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün keçirilən depozit hərracının nəticəsini açıqlayıb. AMB-dən verilən məlumata görə, hərracda tələb 197 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,74% təşkil edib.
Qeyd edək ki, AMB bugünkü hərracda 150 mln. manat məbləğində vəsait cəlb etmək niyyətində olub. Depozit hərracının müddəti 14 gün, hərrac üzrə faiz dərəcələri 12,01%-14,99% təşkil etməli idi.
Hərrac "Bloomberg" ticarət platformasında keçirilib. Hərracda tələb təklifi 31,3% üstələyib.