Depozit hərracında tələb təklifi 7 dəfə üstələyib.
Eləcə də bax: Mərkəzi Bank istehlak kreditləri ilə bağlı - MƏHDUDİYYƏT QOYACAQ
FED.az xəbər verir ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 27.01.2020-ci il tarixində 14 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş depozit hərracında tələb 728,9 mln. manat olub. Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 5,76% təşkil etmişdir. Qeyd edək ki, bank 100 milyon manat cəlb edib.