2.12.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 655 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,01% təşkil etmişdir.
FED.az Mərkəzi Banka istinadən xəbər verir ki, 100 milyon manat cəlb ediləcəyi bəyan edildiyindən bu məbləğ də cəlb edilib.
Xatırladaq ki, 25.11.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 743,7 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,01% təşkil etmişdi. Mərkəzi Bank 150 milyon manat cəlb etməyi nəzrdə tutduğundan bu məbləği də cəlb etmişdi.
18.11.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 605 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,01% təşkil edib. Mərkəzi Bank 100 milyon manat cəlb edəcəyini açıqladığından bu məbləği də cəlb etmişdi.
12.11.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 663.7 milyon manat təşkil etmişdi. Mərkəzi Bank 150 milyon manat cəlb edəcəyini açıqladığından bu məbləği də cəlb etmişdi