05.08.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 884,3 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,26% təşkil etmişdir.
FED.az xəbər verir ki, Mərkəzi bank 150 milyon manat cəlb edəcəyini elan etmişdi və bu məbləği də cəlb edib.
Xəbər verdiyimiz kimi, 29.07.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 704,3 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,26% təşkil etmişdir. Mərkəzi Bank 100 milyon manat cəlb edəcəyini açıqladığından bu məbləği də cəlb etmişdi.