Bu gün avqustun 20-də Mərkəzi Bankın vəsaitlərin cəlb edilməsi üzrə keçirdiyi növbəti depozit hərracı başa çatıb. Fed.az xəbər verir ki, hərracda tələb 569,29 milyon manat, hərracın nəticəsində bağlanan depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil edib.
Xatırladaq ki, Mərkəzi Bank ötən həftə 350 milyon manat depozit cəlb edəcəyini açıqlayıb. Elə həmin məbləği də cəlb edib.
Onu da qeyd edək ki, avqustun 13-də keçirilən depozit hərracında tələb 746,60 milyon manat, avqustun 6-da isə 943,80 milyon manat olub. Hər iki hərracda Mərkəzi Bank 350 milyon manat cəlb edib.
İyulun 30-da baş tutan hərracda da depozitlərə tələb yüksək olub - 904,09 milyon manat. İyulun 23-də isə bu məbləğ 877,58 milyon manata çatıb. Göründüyü kimi, ötən ayın sonundan başlayaraq bankların manat depozitlərinə olan marağının artması müşahidə edilsə də bu həftə tələb xeyli azalıb.
Depozit hərracına maraq qalmayıb - TƏLƏB AZALDI
12:33
20 Avq 2018