“Naxçıvanbank” ASC 2018-ci ilin birinci rübünü 853 min manat xalis mənfəət ilə başa vurub. FED.az xəbər verir ki, bankın kreditlər üzrə faiz gəlirləri 4 milyon 876 min manatdan bu ilin 3 ayının yekununda 1 milyon 236 min manata düşüb.
Bank depozit qəbul etmədiyindən depozitlər üzrə faiz xərcləri də yoxdu. "Naxçıvanbank"ın qeyri faiz gəlirləri kəskin azalıb. 2017-ci ilin yekununda bu göstərici 2 milyon 998 min manat təşkil etmişdisə, bu ilin 3 ayında cəmi 663 min manat olub. Bank hesabların aparılması üzrə xidmətdən 413 min manat qazanıb. Valyuta əməliyyatlarından əldə etdiyi gəlir isə 243 min manat olub. Bankın qeyri-faiz xərcləridə azalıb, xüsusəndə əməkhaqqı üzrə xərclərdə kəskin azalma müşahidə olunur. Bank 852 min manat xalis mənfəət əldə etsədə, vergi ödəməyib.
Xərclər çıxıldıqdan sonra “Naxçıvanbank” 1 milyon 201 min manat əməliyyat mənfəəti əldə edib. Əməliyyat mənfəətinin 348.62 min manatı aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırılıb.
"Naxçıvanbank" balans və kapital göstəricilərini açıqlamayıb.