FED.az xəbər verir ki, ləğv prosesində olan “Dəmirbank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu bankın kreditorlarının ləğvedici tərəfindən qəbul və etiraz edilmiş tələblərin siyahısının Bakı Apellasiya Məhkəməsi tərəfindən təsdiq edilməsi barədə ərizəsi üzrə etiraz edilmiş tələblərə dair dinləmələr 22 may 2018-ci il saat 16.30-da təyin edilib.
Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Dəmirbank” ASC-nin tələblərin qeydiyyatına etiraz edilmiş kreditorlarına bildirir ki, ləğvediciyə və məhkəməyə aşağıda qeyd edilən ünvanlara öz tələblərini təsdiqləyən sübutları təqdim etsinlər.
Bakı Apellasiya Məhkəməsi
Bakı şəhəri, Zahid Xəlilov küç., 540-cı məhəllə.
Telefon: (99412) – 538-16-08, 538-19-02
Faks: (99412) – 510-53-48
Əmanətlərin Sığortalanması Fondu
Bakı şəhəri, Babər prospekti, 16
Telefon: (99412) 596-65-91/92/93
Qaynar xətt - 941