Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) bu il fevralın 1-dən, ləğvedicisi olduğu “Dəmirbank” ASC-nin qorunan əmanətçilərinə 45,5 mln. manat kompensasiya ödəyib.
FED.az xəbər verir ki, bu barədə Fond məlumat yayıb.
Qeyd edək ki, kompensasiyalar ilk dəfə olaraq nağdsız qaydada “Kapital Bank” ASC-nin adlı debet kartları və “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə, Bankın 26 filialında ödənilir. Əmanətçilər kompensasiya üçün 1 il müddətində müraciət edə bilərlər.