Əmanətlərin Sığortalanması Fondu 1 fevral 2018-ci il tarixindən etibarən ləğv prosesində olan “DəmirBank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyaların verilməsi prosesinə başlayıb.
FED.az xəbər verir ki, Azərbaycanda nağdsız dövriyyənin həcminin yüksəldilməsi və ödəniş kartları bazarının inkişaf etdirilməsi üçün aparılan işləri nəzərə alaraq, əmanətlər üzrə kompensasiyalar da ilk dəfə olaraq nağdsız qaydada “Kapital Bank” ASC-nin adlı debet kartları və “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə ödənilir. Kompensasiyaların ödənilməsi “KapitalBank” ASC-nin 26 filialında aparılır. 7 fevral tarixi də daxil olmaqla, indiyədək əmanətçilərə 27 milyon manatdan artıq kompensasiya ödənilib. «Kompensasiyanın ödənilməsi prosesi müfəvvəqiyyətlə davam etdirilir və qorunan əmanətçilər kompensasiyaların ödənilməsi üçün 1 (bir) il müddətində müraciət edə bilərlər»-deyə fonddan bildiriblər.
"Dəmirbank"ın əmanətçilərinə artıq 27 milyon qaytarılıb
09:35
8 Fev 2018