DəmirBank dollar əmanətləri üzrə “2% hədiyyə” Yeni il kampaniyasına start verib.
Aksiyanın şərtlərinə əsasən DəmirBank-ın istənilən filialına yaxınlaşaraq dollarla əmanət yerləşdirmiş müştərilərə illik cari faizlə yanaşı, yatırılan əmanət məbləğinin 2%-dək hissəsi plastik kartda hədiyyə verilir. Kampaniya 3 aydan 36 ayadək yerləşdirilmiş əmanətlərə şamil olunur. Hədiyyə olaraq Mastercard Cirrus / Maestro kartları təqdim olunur.
Faiz gəlirlərini müştərinin istəyinə əsasən aylıq, rüblük və ya müddətin sonunda əldə etmək mümkündür.
Qeyd olunmuş aksiya27 yanvar 2017-ci il tarixinədək davam edəcək.
DəmirBankhəmçinin manat əmanətlərindən qısa müddətdə yüksək– illik 15%-dək gəlir əldə etməyi də təklif edir.
Bankla əlaqə saxlamaq üçün:
Məlumat Mərkəzi: (012) 149