«Hörmətli Müştərilər,
Bildiyiniz kimi Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 22 dekabr 2017-ci il tarixli qərarına əsasən "DəmirBank" ASC-nin lisenziyası ləğv edilmişdir.
Fəaliyyətdə olduğumuz müddət ərzində Sizlərə yüksək xidmət göstərməyə, gözləntilərinizi təmin etməyə çalışmışıq.Bildirmək istəyirik ki, bankımızın əmanətçilərinin qorunan əmanətləri Əmanətlərin Sığortalanması Fondu tərəfindən mümkün qısa zaman ərzində geri qaytarılacaqdır. Digər öhdəliklərin qaytarılmasına dair işlər qanunvericilik çərçivəsində ləğvedici təyin edildikdən sonra, müvafiq növbəlilik prinsipinə əsasən aparılacaqdır. Bununla bağlı mütəmadi olaraq Bankımızın rəsmi sosial şəbəkə səhifələri vasitəsi ilə məlumat veriləcəkdir. İnanırıq ki, hər bir müştərimiz sonda Dəmir Bankı xoş təəssüratla xatırlayacaq. Uğurlar.
Əlavə məlumat üçün 149 qısa nömrəsinə müraciət edə bilərsiniz».