Bank

DəmirBank müştərilərə fasiləsiz xidmət təklif edir

DəmirBank müştərilərə fasiləsiz xidmət təklif edir | FED.az
15:50 25 Okt 2016

Daim müştəri məmnuniyyətini diqqət mərkəzində saxlayan DəmirBank bir neçə istiqamətdə müştərilərə fasiləsiz xidmət təklif edir.

Belə ki, müştərilər həftənin 7 günü, 24 saat (bayram və qeyri-iş günləri daxil olmaqla) bankın “149 - Məlumat Mərkəzi” və Nizami küçəsi 111-də yerləşən “Mərkəz” filialının xidmətlərindən yararlana bilərlər.

Məlumat mərkəzinə zəng etməklə, bankın göstərdiyi xidmətlər, məhsullar, cari aksiya və kampaniyalar haqda ətraflı məlumat əldə etmək mümkündür. Müştərilər istənilən vaxt Məlumat Mərkəzinə müraciət edərək, yaranmış sual, təklif və şikayətləri bildirə bilərlər.

Bankın “Mərkəz” filialında müştərilər istənilən vaxt cari və əmanət hesablarına mədaxil, kredit sifarişlərinin və ödənişlərinin qəbulu, plastik kart əməliyyatları, valyuta mübadiləsi, təcili pul köçürmə sistemlərinin xidmətlərindən istifadə, kommunal ödənişlər, mobil rabitə operatorları, habelə İnternet provayderlər və kabel televiziya şəbəkələri üzrə abunə haqqlarını ödəyə bilərlər. Bundan əlavə DəmirBank-ın bütün filialları nahar fasiləsi daxil olmaqla 09:00-18:00 xidmət göstərirlər.

Bakı və regionlarda geniş filial şəbəkəsinə malik olan banklardan biri olaraq, DəmirBank regionlarda da fasiləsiz müştəri xidmətinin inkişafına önəm verir. Belə ki, Bankın Göyçay filialı müştərilərin rahatlığı üçün şənbə günləri də 09:00-13:00-da fəaliyyət göstərir.

Bankla əlaqə saxlamaq üçün:

Məlumat Mərkəzi (012) 149

http://www.demirbank.az/

facebook.com/demirbank.az

Digər xəbərlər