“Dəmir Bankın bütün əməkdaşları hesablanmış əməkhaqlarını və digər ödənişləri Yeni il bayramınadək alacaqlar.”
Bu barədə sorğuya cavab olaraq Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirilib.
Qeyd edilib ki, bir bankın bağlanmasının insanlarda narahatlıq yaratdığını nəzərə alınaraq, Palatanın rəhbərliyi bu məsələyə xüsusi diqqət yetirir. Mümkün ən qısa zamanda qorunan əmanətlərin, növbəlilik prinsipi əsasında da qorunmayan əmanətlərin qaytarılması nəzərdə tutulur.
Əldə etdiyimiz məlumata görə, Palata və Əmanətlərin Sığortalanması Fondu gərgin rejimdə işləyir. Mümkün ən qısa zamanda (Yanvar ayının əvvəlindən başlayaraq nzərədə tutulub) qorunan (sığortalı) əmanələrin qaytarılması prosesinə start veriləcək. Eyni zamada, qorumayan (sığortasız) əmanətlərin də növbəlilik prinsipi ilə qaytarılması nəzərdə tutulur. "Dəmir Bank"ın iflası, əmanətlərin qaytarılması və ləği prosesləri əvvəl bağlanmış banklardan tam fərqli olacaqdır. Proseslər, operativ və şəffaf aparılması ilə yadda qalacaqdır. “Dəmir Bank”ın heç bir müştərisinin narazı qalmaması qarşıya məqsəd qoyulub.
Proseslərə, Palatanın Baş icraçı direktoru İbrahim Alışov ciddi nəzarət edir.