Yəqin hər kəs razılaşar ki, “pulsuz” “ödənişsiz” və s. bu qəbildən olan ifadələr uğurlu marketinq vasitəsidir və müştərilərin marağına səbəb olur. Bu tip promo layihələr adətən bazarda yeni məhsulların və ya istifadə müddəti ərzində istehsalçıya daima gəlir gətirən məhsulların marketinqi zamanı tətbiq edilir. Bu tip kampaniyalar və layihələr Bank sektorunda da kifayət qədər geniş istifadə edilir. “Komissiyasız kredit”, “Pulsuz Plastik kart” və s. ifadələri tez –tez KİV-lərdə eşdirik.
FED.az xəbər verir ki, araşdırma mövzusu Debet Kartlar haqqındadır, o debet kartlar ki, istifadəçi onu əldə zaman Banka heç bir əlavə komissiya, xidmət haqqı və s. ödəmir. Aydındır ki, banklar bu kartlara müəyyən qədər vəsait xərcləyirlər və bu kartları elə müştərilərə pulsuz vermək istəyirlər ki, həmin kartlar istifadə edilsin. Çünki kartlardan istifadə zamanı bank bir çox fərqli gəlirlər əldə edir. Bu gəlirlərə komissiya, konvertasiya, ekvayrinq gəlirləri və s. aid etmək olar.
Yuxarıda bir məqamı qeyd etdik ki, banklar bu kartları yalnız kartdan istifadə edəcək və real ehtiyacı olan insanlara pulsuz vermək istəyir və bunun üçün də müəyyən şərtlər qoyur. Bu şərtlərdən ən geniş yayılanı “kart hesabına ilkin mədaxil” tələbidir. Yəni, Bank müştərisinə bildirir ki, əgər sən mənim kartımı pulsuz əldə etmək istəyirsənsə əlini cibinə sal, kart hesabına müəyyən qədər vəsait yerləşdir və mən də əmin olum ki, sən bu kartdan istifadə edəcəksən. Sözü uzatmadan araşdırma nəticələri ilə sizləri tanış etmək istərdik. Aşağıdakı cədvəldə Banklar, Debet Kartlar, Kartların qiyməti və Kartları pulsuz əldə etmək üçün tələb edilən ilkin mədaxil qiymətləri qeyd edilmişdir.
Bank | Kart | Kartın qiyməti | Kartı pulsuz əldə etmək üçün ilkin mədaxil tələbi |
AccessBank | VISA Classic/MC Standard | 1 illik – 10 AZN
2 illik – 14 AZN 3 illik – 18 AZN |
1 illik – 500 AZN/USD/EUR
2 illik – 800 AZN/USD/EUR 3 illik – 1000 AZN/USD/EUR |
VISA Gold/MC Gold | 1 illik – 35 AZN
2 illik – 45 AZN 3 illik – 60 AZN |
1 illik– 1500 AZN/USD/EUR
2 illik – 2000 AZN/USD/EUR 3 illik – 2500 AZN/USD/EUR |
|
VISA Platinum/MC Platinum | 1 illik – 50 AZN
2 illik – 70 AZN 3 illik – 90 AZN |
1 illik – 3000 AZN/USD/EUR
2 illik – 3500 AZN/USD/EUR 3 illik – 4000 AZN/USD/EUR |
|
AG Bank | VISA Classic/MC Standard | 1 illik – 12 AZN | 1000 AZN |
VISA Gold/MC Gold | 1 illik – 30 AZN | 3000 AZN | |
Bank Avrasiya | MC Platinum | 2 illik – 50 AZN / USD / EUR
3 illik – 70 AZN / USD / EUR |
2 və 3 illik – 5000 AZN/EUR/USD |
Bank of Baku | Bolkart Gənc Debet | 1 illik – 7 AZN | 150 AZN/USD/EUR |
Bolkart Ailə Debet | 1 illik – 8 AZN | 300 AZN/USD/EUR | |
Bolkart Gold Debet | 2 və 3 illik – 50 AZN | 1000 AZN/USD/EUR | |
VISA Classic/MC Standard | 1 illik – 8 AZN | 1 illik – 300 AZN/USD/EUR | |
VISA Gold/MC Gold | 1 illik – 35 AZN | 1 illik – 1000 AZN/USD/EUR | |
Bank Respublika | Visa Electron / MC Unemboessed | 5 illik – 20 AZN | 100 AZN/USD/EUR |
VISA Classic/MC Standard | 5 illik – 40 AZN | 200 AZN/USD/EUR | |
VISA Gold/MC Gold | 5 illik – 100 AZN | 1 000 AZN/USD/EUR | |
VISA Platinum/MC Platinum | 5 illik – 200 AZN | 5 000 AZN/USD/EUR | |
Visa İnfinite / MC World Elite | Yalnız ilkin mədaxil ilə verilir | 5 illik – 15 000 AZN/USD/EUR | |
Bank VTB | Visa Classic | 1 illik – 15 AZN
2 illik – 20 AZN 3 illik – 25 AZN |
1 illik – 200 AZN/USD/EUR
2 illik – 300 AZN/USD/EUR 3 illik – 400 AZN/USD/EUR |
VISA Gold | 1 illik – 40 AZN
2 illik – 50 AZN 3 illik – 70 AZN |
1 illik – 1000 AZN/USD/EUR
2 illik – 1500 AZN/USD/EUR 3 illik – 2000 AZN/USD/EUR |
|
VISA Platinum | 1 illik – 80 AZN
2 illik – 120 AZN 3 illik – 140 AZN |
1 illik – 2500 AZN/USD/EUR
2 illik – 4000 AZN/USD/EUR 3 illik – 5000 AZN/USD/EUR |
|
KapitalBank | Kapitalkart | Yalnız ilkin mədaxil ilə verilir | 2 illik – 20 AZN |
RabitəBank | Visa Electron / MC Standart Debit | 1 illik – 8 AZN, 5 (USD/EUR)
2 illik – 15 AZN, 10 (USD/EUR) 3 illik – 20 AZN, 15 (USD/EUR) |
1 illik – 300 AZN, 200(USD/EUR)
2 illik – 600 AZN, 400(USD/EUR) 3 illik – 800 AZN, 600(USD/EUR) |
VISA Classic/MC Standard | 1 illik – 15 AZN, 10 (USD/EUR)
2 illik – 20 AZN, 15 (USD/EUR) 3 illik – 25 AZN, 20 (USD/EUR) |
1 illik – 500 AZN, 300(USD/EUR)
2 illik – 800 AZN, 500(USD/EUR) 3 illik – 800 AZN, 600(USD/EUR) |
|
VISA Gold/MC Gold | 1 illik – 30 AZN, 20 (USD/EUR)
2 illik – 35 AZN, 25 (USD/EUR) 3 illik – 45 AZN, 30 (USD/EUR) |
1 illik – 800 AZN, 500(USD/EUR)
2 illik – 1000 AZN, 700(USD/EUR) 3 illik – 1500 AZN, 1000(USD/EUR) |
|
MC Platinum | 1 illik – 60 AZN, 40 (USD/EUR)
2 illik – 90 AZN, 60 (USD/EUR) 3 illik – 130 AZN, 90 (USD/EUR) |
1 illik – 4000 AZN, 2500(USD/EUR)
2 illik – 6000 AZN, 3800(USD/EUR) 3 illik – 8000 AZN, 5000(USD/EUR) |
|
MC World
Black Edition |
1 illik – 200 AZN, 100 (USD/EUR)
2 illik – 350 AZN, 200 (USD/EUR) 3 illik – 500 AZN, 250 (USD/EUR) |
1 illik – 10 000 AZN, 5000 (USD/EUR)
2 illik – 15 000 AZN, 7000 (USD/EUR) 3 illik – 20 000 AZN, 10 000 (USD/EUR) |
|
Xalq Bank | Visa İnternet | Yalnız ilkin mədaxil ilə verilir (3 illik) | Bakı: 50 AZN/USD/EUR, Region: 25 AZN/USD/EUR |
Visa Electron / MC Debit | Yalnız ilkin mədaxil ilə verilir (3 illik) | Bakı: 50 AZN/USD/EUR, Region: 25 AZN/USD/EUR | |
VISA Classic/MC Standard | Yalnız ilkin mədaxil ilə verilir (3 illik) | Bakı: 100 AZN/USD/EUR, Region: 50 AZN/USD/EUR | |
VISA Gold/MC Gold | Yalnız ilkin mədaxil ilə verilir (3 illik) | Bakı: 500 AZN/USD/EUR, Region: 250 AZN/USD/EUR | |
Visa Platinum | Yalnız ilkin mədaxil ilə verilir (3 illik) | Bakı: 1000 AZN/USD/EUR, Region: 500 AZN/USD/EUR | |
World MC Black Edition | Yalnız ilkin mədaxil ilə verilir (3 illik) | 1000 AZN/USD/EUR |