«AtaBank» bu ilin ilk 9 ayının nəticələrinə açıqlayıb.
FED.az bankın rəsmi hesabatına əsasən məlumat verir ki, bu ilin 9 ay ərzində AtaBank faiz gəlirləri keçən ilin sonuna olan göstəriciləri ilə müqayisədə 25,7 % azalaraq 36,2 mln manat, faiz xərcləri 35,9 % azalaraq 14,5 mln manat,qeyri-faiz gəliri 66,5 % azalaraq 4,5 mln manat, qeyri-faiz xərcləri 6,7% azalaraq 20,4 mln manat təşkil edib.
Oktyabrın 1-nə Bankın aktivləri 621,9 mln manat olub ki, bu da ilin sonu ilə müqayisədə 31,6 % çoxdur. Bunun 532,6 mln manatı müştərilərə verilmiş kreditlərdir. Son 9 ayda AtaBankın kredit portfelində 31 % artım müşahidə olunub.
Bununla yanaşı, bank kreditlərin bölgüsü və problemli kreditlərin həcmi barədə məlumatı açıqlamayıb.
Hesabat tarixinə AtaBankın öhdəlikləri 14,6 % artaraq 472,8 mln manat təşkil edib.
Bunun 293,2 mln manatı müştərilərdən alınmış depozitlərdir.
Hesabatda depozitlərin hüquqi və fiziki şəxslər üzrə bölgüsü barədə məlumat da göstərilməyib.
AtaBankın kapitalı ilin sonuna olan göstərici ilə müqayisədə 149,4 % artaraq 149,2 mln manat təşkil edib.
Daha çox kredit verməyə başlayan bank – HESABAT
15:47
31 Okt 2017