Kredit Servis” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2018-ci ili 86 min manat xalis mənfəətlə başa vurub.
FED.az BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2017-ci ilə nisbətən təxminən 30 dəfə çoxdur.
Ötən il “Kredit Servis”in gəlirləri 298 milyon manat, o cümlədən faiz gəlirləri 267 min manat, qeyri-faiz gəlirləri 31 min manat, xərcləri 220 min manat, o cümlədən faiz xərcləri 0 manat, qeyri-faiz xərcləri 248 min manat, xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 31 min manat, mənfəət vergisi ödəmələri isə 23 min manat təşkil edib.
Bu il yanvarın 1-nə “Kredit Servis”in aktivləri 1,647 milyon manat olub ki, bu da illik müqayisədə 0,1% azdır. Bunun 1,335 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2018-ci ildə BOKT-un kredit portfeli 34,85% böyüyüb.
Hesabat dövründə “Kredit Servis”in öhdəlikləri 2,8 dəfə artaraq 85 min manata çatıb, balans kapitalı isə 3,65% azalaraq 1,561 milyon manata düşüb.