“Premier Kredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2018-ci ili 34 518 manat xalis mənfəətlə başa vurub. FED.az adı çəkilən BOKT-un hesabatına istinadən xəbər verir ki, bu göstərici 2017-ci illə müqayisədə 3 dəfə çoxdur.
Bank Olmayan Kredit təşkilatının hesabatına əsasən qurumun öhdəlikləri 11,4% azalaraq 3 mln 462 min manata enib. BOKT-un aktivləri 2017-ci illə müqayisədə 2018-ci ildə 0.9% azalaraq 3 mln 871 min manat olub. 2017-ci illə müqayisədə 2018-ci ildə BOKT-un kredit portfeli 5.7% azalaraq 3 mln 568 min manat təşkil edib.“Premier Kredit”-nin cəmi faiz gəlirləri 2017-ci illə müqayisədə ötən il 0.6% azalaraq 489 768 manat təşkil edib. BOKT ötən il 8 644 manat manat mənfəət vergisi ödəyib ki, bu da 2017-ci illə müqayisədə 3 dəfəyə yaxın çoxdur.
Qeyd edək ki, hesabat dövründə BOKT nizamnamə kapitalını 3,4% artaraq 366 min manata çatdırıb.
Daha bir BOKT maliyyə vəziyyətini - AÇIQLADI
16:02
8 İyul 2019