«NBC Bank» ASC 2019-cu ilin birinci rübünün nəticələrini açıqlayıb. FED.az xəbər verir ki, ilk üç ayda NBC bankın-nin faiz gəlirləri 4 milyon 584 min manat, faiz xərcləri 3 milyon 529 min manat olub.
Birincü rübdə NBC Bank-ın qeyri-faiz gəlirləri 937 min manat, qeyri-faiz xərcləri 2 milyon 329 min manat olub.
Nəticədə bankın birinci rübdə əməliyyat zərəri 337 min manat olub.
Bununla yanaşı, NBC Bank aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün 257 min manat ayrılıb.
Nəticədə 2019-cu ilin 1-ci rübündə NBC Bank-ın xalis zərəri 595 min manat təşkil edib.
Xatırladaq ki, «NBC Bank» 2018-ci ilin ilk rübünü 818 min manat mənfəətlə bitirmişdi. 2018-ci ili isə ümumilikdə 1 milyon 750 min manat mənfəətlə bağlamışdı. Birinci rübdə bankın cəmi aktivləri 2018-ci ilin sonu ilə müqayisədə 1,8% artaraq 288 milyon 374 min manata yüksəlib. Birinci rübdə «NBC Bank »ın kapitalı azalıb. Bankın cəmi kapitalı 1% azalaraq 58 milyon 103 min manatdan, 57 milyon 505 min manata düşüb.