“Bank Avrasiya”nın maliyyə vəziyyəti məlum olub.
FED.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu ilin 9 aylında bankın cəmi aktivləri 164 milyon 387 min manat olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 378,16 min manat və ya 0,2% azdır.
Eləcə də bax: Banklar 3 rübü necə başa vurdu - MƏNFƏƏT- ZƏRƏR - SİYAHI
Son bir ildə bankın öhdəlikləri artıb. Belə ki, bankın öhdəlikləri son bir ildə 8,97 milyon manat və ya 8,68% artaraq 94 milyon 287 min manat olub.
Bankın müştərilərinə verdiyi kreditlər ötən illə müqayisədə 2 milyon 508 min manat və ya 2,71% azalaraq 90 milyon 038 min manat təşkil edib. Hesabat dövründə bankda depozitlər 6 milyon 808 və ya 12,7% azalaraq 53 milyon 696 min manata düşüb.
Bankın faiz gəlirləri ötən illə müqayisədə 688 min manat və ya 7,56% azalaraq 8 milyon 409 min manat, faiz xərcləri 226 min manat və ya 10,98% azalaraq 1 milyon 839 min manat, xalis faiz gəliri isə 461,66 min manat və ya 7,02% azalaraq 6 milyon 569 min manat olub.
Eləcə də bax: Daha bir bankın vəziyyəti məlum oldu - HESABAT
Bu dövrdə “Bank Avrasiya”nın qeyri-faiz gəlirləri 240,26 min manat və ya 19,33% artaraq 1 milyon 242 min manat, qeyri-faiz xərcləri isə 199 min manat və ya 5,885 artaraq 3 milyon 585 min manat təşkil edib.
Beləliklə, ilk 9 ayın nəticəsi olaraq «Bank Avrasiya»nın xalis əməliyyat mənfəəti 4 milyon 226 min manat olub.
Bundan başqa, bank əvvəlki dövrlərdə mümkün zərərlərdən qorunman üçün aırmalarından da 1 milyon 699 min manat geri çəkib.
Nəticədə «Bank Avrasiya» 2019-cu ilin yanvar – sentyabr aylarını 5 milyon 926 min manat xalis mənfəət ilə başa vurub.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur. Ötən il bu göstərici 2 milyon 674 min manat xalis mənfəət ilə bağlamışdı.