Bank Avrasiya 2019-cu ilin ikinci rübünün nəticələrini açıqlayıb. FED.az xəbər verir ki, bank ilin ilk 6 ayında 2 mln 633 min manat mənfəət əldə edib. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 43% azdır.
Ötən ilin eyni dövrü ilə müqayisədə bu il bankın faiz gəlirləri 5% azalaraq 5 mln 731 min manat, faiz xərcləri 9/17% azalaraq 1 mln 246 min manat, qeyri-faiz gəlirləri 25.51% artaraq 793 min manat, qeyri-faiz xərcləri 7.47% artaraq 2 mln 387 min manat təşkil edib. Xalis əməliyyat mənfəəti isə 6.35% azalaraq 2 mln 890 min manat təşkil edib. “Bank Avrasiya” nın aktivləri bu il birinci yarısında 195 mln 897 min manat təşkil edib. Bu da ötən ilin eyni dövrü müqayisədə 15,6% çoxdur.
Hesabat dövründə bankın öhdəlikləri 22,1% artaraq 129 mln 161 min manat, depozit portfeli isə 12,9% azalaraq 50 mln 218 min manat təşkil edib.
Daha bir bankın vəziyyəti məlum oldu - HESABAT
17:16
10 İyul 2019