«Naxçıvan Bank» birinci rübün nəticələri ilə bağlı hesabatını açıqlayıb.
FED.az xəbər verir ki, birinci rübdə bankın faiz gəlirləri 1 milyon 511 min 830 manat, faiz xərcləri 120 min 430 manat təşkil edib. Birinci rübdə «Naxçıvan Bank» qeyri-faiz əməliyyatlarından 708 min 80 manat əldə edib, qeyri-faiz xərcləri isə 938 min 180 manat olub.
Hesabata görə, bank ilk rübü 1 milyon 142 min 960 manat əməliyyat mənfəəti ilə başa vurub.
Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar isə 25 min 410 manat təşkil edib. Nəticədə bankın xalis mənfəəti 1 milyon 117 min 540 manat təşkil edib.
2019-cu ilin birinci rübündə «Naxçıvan Bank»ın aktivləri 2.3% azalaraq 191 milyon 952 min manata enib. Kapitalı isə 1,3% artaraq 79 milyon 345 min manata çatıb.
Qeyd edək ki, «Naxçıvan Bank» ötən ilin 1-ci rübünün nəticələrini gizlədir.
Eləcə də bax: Azərbaycan bankları 1-ci rübü necə tamamlayıb? – MƏNFƏƏT-ZƏRƏR – SİYAHI – YENİLƏNİR