“Bank Avrasiya” 2018-ci il üçün maliyyə nəticələrini açıqlayıb.
FED.az bankın “Mənfəət və Zərər” hesabatına əsasən bildirir ki, hesabat dövründə bankın faiz gəlirləri 12 mln 85 min manat, faiz xərcləri 2 mln 720 min manat təşkil edib. Xalis faiz gəlirləri 2018-ci ildə ötən ilə nisbətən 4,92% azalaraq 9 mln 365 min manat olub.
2018-ci ildə qeyri-faiz gəlirləri ötən illə müqayisə də 2,3 dəfə azalaraq, 1 mln 425 min manat, qeyri-faiz xərcləri isə 8,01% artaraq 5 mln 5 min manat olub.Xalis əməliyyat mənfəəti 32,18% azalaraq 5 mln 785 min manata enib.
Eləcə də bax: “Premium Bank” Azərbaycan Mərkəzi Bankından 20 mln. manat borc alıb
Yekunda bank 2018-ci ili 5 mln 182 min manat mənfəətlə başa vurub. Xatırladaq ki, bank 2017-ci ili 6 mln 351 min manat mənfəətlə başa vurmuşdu. 1 ildə bankın mənfəəti 18,41% azalıb.
FED.az bankın “Balans” hesabatına əsasən bildirir ki, bankın cəmi aktivləri 2018-ci ildə ötən ilə nəzərən 10,85% artaraq 167 mln 637 min manat, cəmi kapital da 9% artaraq 64 mln 214 min manata çatıb.
Bankın kredit portfeli 1 ildə 16,03% artaraq 99 mln 6 min manat olarkən, depozit portfeli isə 4,91% azalaraq 28 mln 191 min manata enib.
"Bank Avrasiya" "Mənfəət və Zərər"
"Bank Avrasiya" "Balans"