«Naxçıvanbank» ASC 2021-ci ilin 1-ci rübü üzrə hesabatını açıqlayıb.
FED.az xəbər verir ki, ilk rübdə bankın faiz gəlirləri 3 027 min manat, faiz xərcəri 207 min manat, xalis faiz gəliri 2 820 mni manat olub.
Bu dövrdə bankın qeyri-faiz gəliri 1 085 min manat, qeyri-faiz xərci1 233 min manat təşkil edib.
Nəticədə 1-ci rübün sonuna bankın əməliyyat mənfəəti 2 673 min manat təşkil edib.
Bank aktivlər üzrə mümkün zərərlərin qarşılanmasına 433 min manat ayırıb.
Nəticədə «Naxsıvanbank» ASC 1-ci rübü 2 240 min manat mənfəətlə başa vurub. Bu ötən ilin eyni dövrünə nisbətən 63 min manat və ya 3% artıqdır.
Bu dövrdə bankın aktivləri 268 578 min manat, öhdəlikləri 175 074 min manat olub. Cəmi kapital isə 93 504 min manat təşkil edib.
Ötən ilin sonu ilə müqayisədə, yəni birinci rüb ərzində bankın aktivləri 40 milyon manat və ya 17,7% artıb. Öhdəliklər isə 33 milyon manat və ya 23% artıb.