“Pakistan Milli Bank”ının Bakı filialının vəziyyəti məlum oldu.
FED.az xəbər verir ki,“Pakistan Milli Bank”ının Bakı filialı 2019-cı ildə 400,93 min manat zərər edib. Halbuki 2018-ci ildə bank 2,58 min manat xalis mənfəət əldə etmişdi.
Eləcə də bax: Azərbaycanda bir bank - ZƏRƏR AÇIQLADI
2018-ci illə müqayisədə 2019-cu ildə bankın faiz gəlirləri 414 min manat (34,8%) az, faiz xərcləri 4,32 min manat (2 dəfə az), Qeyri-faiz gəlirləri 20,02 (68,2% az), qeyri-faiz xərcləri 863,10 min manat(6,5%) çox olub. Yekundə bankın qeyri-faiz xərcləri çox olduğundan bank 434 min manatlıq əməliyyat zərəri edib. Bank aktivlər üçün xüsusi ehtiyatların yaradılmasına 33,07 min manat ayırma etdiyindən zərəri 400 min manata enib. Qeyd edək ki, bank mənfəət vergisi ödəməyib.
2019-cu il bankın cəmi aktivləri 10 milyon 168 min manat təşkil edib. Bu göstərici 2018-ci illə müqayisədə 1 milyon 376 milyon manat və ya 11,9% azdır. 2018-ci ildə bankın 11 milyon 543 min manat aktivləri olub.
Bank aktivlərindən müştərilərinə 904,27 min manat kredit verib ki, bu da 2018-ci illə müqayisədə 400 min manat və ya 30,6% azdır. Belə ki, 2018-ci ildə bank müştərilərinə 1 milyon 304 min manat kredit verib.
Bankın 2019-cu ildə cəmi öhdəlikləri 420,76 min manat təşkil edib ki, bu da 2018-ci illə müqayisədə 983 min manat və ya 70% azdır. 2018-ci ildə bank filialının öhdəlikləri 1 milyon 403 min manat təşkil edib.
Bankın kapitalına gəlincə isə 2019-cu ildə “Pakitan Milli Bankı”nın Bakı filialının cəmi kapitalı 9 milyon 747 min manat təşkil edib ki, bu da 2018-ci illə müqayisədə 393 min manat və ya 3,8% azdır. Qeyd edək ki, 2018-ci ildə bankın cəmi kapitalı 10 milyon 140 min manat təşkil edib.