FED.az xəbər verir ki, VTB Bank (Azərbaycan)-ın da gəlirləri xərclərini ödəmir. Belə ki, ilk rübdə Bankın faiz gəlirləri 2 milyon 128 min manat, faiz xərcləri isə 5 milyon 722 min manat təşkil edib. Nəticədə Bankın 3 milyon 594 min manat faiz zərəri yaranıb.
Bank qeyri-faiz əməliyyatları üzrə 1 milyon 474 min manat zərər edib. Üstəlik Bankın qeyri-faiz xərcləri 4 milyon 913 min manat təşkil edib. Nəticədə Bankın 9 milyon 981 min manat xalis əməliyyat zərəri yaranıb. Həmçinin Bank 237 min 430 manat da ehtiyatlara ayırıb. Ehtimal ki, əməliyyat zərəri Bankın öz kapitalı hesabına bağlanıb.
2017-ci ildə də Bank VTB-nin xərcləri gəlirlərindən çox olmuş və 32 milyon 552 min manat əməliyyat zərəri yaranmışdı. Bank zərərini ehtiyatların bir hissəsinin gəlirə çevrilməsi hesabına bağlamışdı.
FED.az xəbər verir ki, bankın aktivlərində də azalma müşahidə olunur. VTB Bank (Azərbaycan) 151 milyon 669 min manatlıq aktivləri ilə ən kiçik banklardan biridir. Aktivlərin 64 milyon 841 min manatını müştərilərə verilmiş kreditlər təşkil edib. 2017-ci ilin sonunda VTB Azərbaycan 397 milyon 211 min manat cəmi aktivlərə və 281 milyon 176 min manat cəmi kredit portfelinə malik idi. Kredit portfelinin kəskin azalması bankın kiçilməsinə səbəb olub.
Bankın öhdəlikləri isə 357 milyon 93 min manatdan 93 milyon 434 min manata düşüb. Öhdəliklərin azalmasının səbəbi VTB Bank (Azərbaycan)-ın digər maliyyə müəssisələrinin kreditlərini qaytarması və digər bankların depozitlərini geri götürmələridir.
VTB Bank (Azərbaycan)-ın səhmdar kapitalı 315 milyon 815 min manat olsa da, yığılmış 258 milyon 506 min manat zərər ilə əlaqədar olaraq bankın cəmi kapitalı 58 milyon 234 min manata düşüb. 31 Mart 2018-ci il tarixində Bankın məcmu kapitalı 56 milyon 585 min manat təşkil edib.
I rub 2018 |
|
|
İlin əvvəlindən hesabat tarixinə qədər |
Faiz və gəlirlərin bu qəbildən olan növləri, cəmi |
2 128,13 |
Faizlər və onlara bağlı xərclər, cəmi |
5 721,94 |
Xalis faiz mənfəəti (zərəri) |
- 3 593,81 |
Qeyri-faiz gəlirləri, cəmi |
- 1 474,05 |
Qeyri-faiz xərcləri, cəmi |
4 913,94 |
Xalis əməliyyat mənfəəti (zərəri) |
- 9 981,80 |
Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar (xərclər) |
237 430,41 |
Vergilər və bank fəaliyyəti ilə bağlı gözlənilməz xərclər ödənilənədək xalis mənfəət (zərər) |
- 247 412,21 |
Gözlənilməz fəaliyyət növlərindən və əvvəlki dövr üçün uçotdakı dəyişikliklərdən mənfəət (zərər), cəmi |
|
Vergilər ödənilənədək xalis mənfəət (zərər) |
- 247 412,21 |
Mənfəətdən ödənilən vergilər |
|
Vergilər ödənildikdən sonra xalis mənfəət (zərər) |
- 247 412,21 |
AKTİVLƏR |
|
|
I RUB 2018 |
Nağd vəsaitlər |
18 163,53 |
Nostro hesablar (Mərkəzi Bank və digər banklardakı müxbir hesablar) |
56 779,60 |
Banklara verilmiş kreditlər |
- |
Banklar da daxil olmaqla maliyyə müəssisələrindəki depozitlər, cəmi |
2 751,72 |
Qiymətli kağızlara investisiyalar |
|
Kredit portfeli (müştərilərə verilmiş kreditlər - məqsədli ehtiyatlar çıxılmaqla) |
64 841,94 |
Amortizasiya çıxılmaqla bank işində istifadə olunan əsas vəsaitlər |
995,55 |
Bank işində istifadə olunmayan əsas vəsaitlər, cəmi |
|
Amortizasiya çıxılmaqla qeyri-maddi aktivlər |
1 649,01 |
Digər aktivlər |
6 487,87 |
CƏMİ AKTİVLƏR |
151 669,21 |
ÖHDƏLİKLƏR |
|
Depozitlər |
47 720,10 |
AMB-nın banka qarşı tələbləri, cəmi |
29 998,33 |
Digər bankların tələbləri (“Loro" hesabları), cəmi |
117,81 |
Banklar və digər maliyyə institutlarının kreditləri |
3 298,12 |
Bankların depozitləri |
103,95 |
Digər maliyyə müəssisələrinin (banklardan başqa) depozitləri, cəmi |
10 080,00 |
Mərkəzi və bələdiyyə idarəetmə orqanlarının depozitləri və kreditləri |
|
Bank tərəfindən buraxılmış subordinasiyalı və sair bu qəbildən olan borc öhdəlikləri (müddətli imtiyazlı səhmlər də daxil olmaqla) |
|
Digər passivlər |
2 116,02 |
CƏMİ ÖHDƏLİKLƏR |
93 434,33 |
KAPİTAL |
|
Xüsusi kapital, cəmi |
57 308,28 |
a) dövriyyədə olan adi səhmlər |
315 815,00 |
b) dövriyyədə olan müddətsiz imtiyazlı səhmlər (nominal və bazar qiymətləri arasındakı fərq daxil olmaqla) |
|
c) adi səhmlərin nominal və bazar qiymətləri arasındakı fərq |
|
d) bölüşdürüməmiş xalis mənfəət (zərər), cəmi |
- 258 506,72 |
Ümumi ehtiyatlar, cəmi |
926,61 |
Cəmi kapital |
58 234,89 |
CƏMİ ÖHDƏLİKLƏR VƏ KAPİTAL |
151 669,21 |
|
I rüb 2018 |
|
|
I dərəcəli kapital : |
57 308,28 |
Adi səhmlər |
315 815,00 |
Keçmiş illərin mənfəət/zərəri |
- 11 094,52 |
Cari ilin zərəri |
- 247 412,21 |
I dərəcəli kapitaldan tutulmalar |
1 649,01 |
Tutulmalardan sonra I dərəcəli kapital |
55 659,26 |
II dərəcəli kapital : |
|
Ümumi ehtiyatlar |
926,61 |
Cari ilin mənfəət |
- |
Kapitalın digər vəsaitələri |
- |
II dərəcəli kapitalın cəmi |
926,61 |
Məcmu kapital |
56 585,88 |
Risk dərəcəsi üzrə ölçülmuş aktivlər |
159 481,28 |