“NBC Bank” 2018-ci ilin ilk 9 ayını məənfəətlə başa vurub. FED.az “NBC Bank”ın “Mənfəət və Zərər” haqqında hesabatına əsasən xəəbər verir ki, 2018-ci ilin 3-cü rübü üçün faiz gəlirləri 13 mln 434 min manat, qeyri-faiz gəlirləri isə 2 mln 224 min manat təşkil edib. Faiz xərcləri 7 mln 848 min manat, qeyri-faiz xərcləri isə 5 mln 377 min manat olub.
Yekunda xalis mənfəət 2018-ci ilin ilk 9 ayında 2 mln 917,1 min manat olub. Xatırladaq ki, 2017-ci ilin yekunu üçün bankın mənfəəti 364,2 min manat olmuşdu.
FED.az “NBC Bank”ın “Balans” hesabatına istinadən bildirir ki, 2018-ci ilin 3-cü rübündə bankın cəmi aktivləri ötən ilin yekununa nəzərən 36,25% və ya 71 mln 559,7 min manat arataraq 268 mln 946 min manat, cəmi kapital isə 9 mln 60 min manat yaxud 17,91% artaraq 59 mln 640 min manata yüksəlib.
Kredit portfelinin ümumi məbləği 195 mln 868 min manat olub ki, bu məbləğin də 11 mln 287 min manatın vaxtı keçmiş kreditlər təşkil edir. Vaxtı keçmiş kreditlərin kredit portfelində xüsusi çəkisi 5,76%-dir.