“Turan Bank” 2018 üçün maliyyə nəticələrini açıqlayıb.
FED.az “Turan Bank” “Mənfəət və Zərər” hesabatına əsasən xəbər verir ki, bankın hesabat dövründə faiz gəlirləri 30,9 mln manat, faiz xərcləroi 21,2 mln manat olub. Xalis faiz gəlirləri 9,7 mln manat təşkil edib.
Qeyri-faiz gəlirləri 3 mln manat, qeyri-faiz xərcləri 12 mln manat təşkil edib.Sonda xalis əməliyyat mənfəəti 732 min manat olub.
Yekunda bank 2018-ci ili 70 min manatla mənfəətlə başa vurub. Xatırladaq ki, bank 2017-ci ili 1,2 mln manat zərərlə başa vurmuşdu. Lakin buna baxmayaraq bank bu ili mənfəətlə başa vurub.
FED.az “Turan Bank”ın “Balans” hesabatına əsasən bildirir ki, bankın cəmi aktivləri hesabat dövründə ötən ilə nəzərən 7,93% artaraq 492,6 mln manat, cəmi kapital isə 59,1 mln manat olub.
Bankın kredit portfeli 2018-ci il üçün ötən ilə nisbətən 21,48% artaraq 313,1 mln manat təşkil edib.
Daha bir bank mənfəətə çıxdı - HESABAT AÇIQLANDI

15:52
15 Yan 2019